Son yeniləmə: 26 Fevral 2026
BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cevdet Yılmaz, fevralın 27-də Malatyada keçirəcəyi iftar proqramından sonra Elazığa səfər edəcək.
Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində onun saat 21:00 radələrində iş adamları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşü planlaşdırılır: “Keçiriləcək qiymətləndirmə toplantısında şəhər iqtisadiyyatı, investisiya prosesləri, istehsal gücü, məşğulluq və regional inkişaf məsələləri müzakirə olunacaq. Görüş zamanı Elazığlı sahibkarlar və QHT təmsilçiləri şəhərin mövcud problemlərini və gözləntilərini birbaşa Yılmazın diqqətinə çatdırmaq imkanı əldə edəcəklər”.
Məlumatda deyilir ki, xüsusilə sənaye yatırımları, təşviq mexanizmləri, zəlzələdən sonrakı iqtisadi bərpa prosesi və yeni investisiya sahələrinin gündəmə gələcəyi gözlənilir: “Səfərin Elazığın iqtisadi potensialının gücləndirilməsi baxımından əhəmiyyətli olduğu vurğulanır. Eyni zamanda, mərkəzi hökumətlə yerli tərəfdaşlar arasında məsləhətləşmə mexanizminin möhkəmləndirilməsinə töhfə verəcəyi bildirilir”.






İlk şərhi yaza bilərsiniz