Press "Enter" to skip to content

İranda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi bir neçə amildən asılıdır

Məcid Cavadi

Məcid Cavadi: Güney Azərbaycanın gələcək taleyi türk dünyasının sərgiləyəcəyi mövqedən asılı olacaq

BAYRAQDAR MEDİA – “Ali Rəhbər Ayətullah Əli Xameneyi aradan götürüldükdən sonra İranda Konstitusiyaya uyğun olaraq müvəqqəti üçlü rəhbərlik mexanizminin formalaşdırıldığı bildirilir. Lakin real güc balansı baxımından ölkədə əsas təsir imkanlarının yenə də İslam İnqilabı Keşikçiləri Korpusunun – SEPAH-ın əlində olduğu qeyd olunur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

Məcid Cavadinin fikrincə, Məsud Pezeşkian daha çox islahatçı və nisbətən mülayim qanadı təmsil edir: “Ancaq İrandakı mövcud dini-siyasi sistem daxilində onun güclü dayaqlarının olmadığı iddia edilir. M.Pezeşkian formal olaraq sistemin bir hissəsi olsa da, arxasında ciddi hərbi-siyasi dəstək mövcud deyil və bu baxımdan həssas mövqedədir. O, həm xarici təzyiqlərin, həm də daxili radikal qüvvələrin hədəfinə çevrilə bilər. Çünki onu əsasən Ayətullah Əli Xameneyi dəstəkləyirdi. İndi isə demək olar ki, tək və müdafiəsiz qalıb. Bu baxımdan onu ya radilam molla rejimi və ya İsrail aradan götürə bilər”.

Məcid Cavadinin qənaətincə, İranda hazırkı proseslərin hansı istiqamətdə inkişaf edəcəyi bir neçə amildən asılıdır: “İranda kürd silahlı qrupları son dövrdə daha təşkilatlanmış və silahlanmış vəziyyətdə görünür. Müxtəlif müxalif qüvvələr, xüsusilə də Xalq Mücahidləri keçid hökuməti ilə bağlı müzakirələr apardıqlarını bəyan ediblər. Öz növbəsində silahlı kürd qruplarından da bəzilərinin Xalq Mücahidlərinə dəstək verə biləcəyinə dai müxtəlif iddialar səsləndirilir. Əgər ABŞ və İsrail tərəfindən hücumlar davam edərsə, yəqin ki, davam edəcək, o zaman İraqın Süleymaniyyə bölgəsi istiqamətindən kürd qrupların İran ərazisinə keçid cəhdlərinin ola biləcəyi ehtimalı güclüdür. Eyni zamanda, İranın keçmiş şah ailəsinin nümayəndəsi Rza Pəhləvinin də Tehrana gəlib, hakimiyyəti ələ keçirmək niyyəti ilə bağlı iddialar gündəmə gətirilir. Lakin bu ssenarilərin nə dərəcədə real olduğu və ölkə daxilində hansı dəstəyi qazana biləcəyi hələlik qeyri-müəyyəndir”.

Güney Azərbaycan məsələsinə gəlincə, Məcid Cavadinin fikrincə, burada vəziyyət daha mürəkkəbdir: “Bölgənin siyasi təşkilatlanma səviyyəsi və mümkün dəyişikliklərə hazırlıq dərəcəsi müəyyən sual doğurur. İranın federallaşması və ya mərkəzi nəzarətin zəifləməsi halında Güney Azərbaycanın gələcək taleyi müəyyən mənada türk dünyasının, xüsusilə Türkiyə və Azərbaycan Respublikasının sərgiləyəcəyi mövqedən asılı olacaq. Bununla belə, qeyd edilməlidir ki, bütün bu ssenarilər hazırkı gərginlik fonunda irəli sürülən ehtimallardır. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi həm daxili siyasi qüvvələrin davranışından, həm də beynəlxalq aktorların atacağı addımlardan asılı olacaq. Region üçün ən təhlükəsiz və sabit ssenari isə zorakı qarşıdurmadan deyil, siyasi dialoq və hüquqi mexanizmlər çərçivəsində həll yollarının tapılmasından keçir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.