BAYRAQDAR MEDİA – Fırat Üniversitesi ilə Malatya Turgut Özal Üniversitesi arasında Ar-Ge əməkdaşlıq protokolu imzalanıb. Protokolu rektorlar Prof. Dr. Fahrettin Göktaş və Prof. Dr. Recep Bentli imzalayıblar.
Firat Universitetinin məlumatında deyilir ki, razılaşmaya əsasən, iki universitet birgə tədqiqat layihələri həyata keçirəcək: “İlk mərhələdə 10 layihənin dəstəklənməsi planlaşdırılır. Layihələrin yarısına Fırat, digər yarısına isə Malatya Turgut Özal Universitetinin akademikləri rəhbərlik edəcək. Əməkdaşlığın gələcəkdə daha böyük milli və beynəlxalq layihələrə, eləcə də patent və əqli mülkiyyət sahəsinə zəmin yaradacağı gözlənilir”.






İlk şərhi yaza bilərsiniz