Press "Enter" to skip to content

“Himayədar ailə” qayğı modeli mövzusunda növbəti ictimai dinləmə

“Himayədar ailə” qayğı modeli mövzusunda növbəti ictimai dinləmə

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Cəlilabad rayonunda “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunan ictimai dinləmə təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə SXA-nın, Rayon İcra Hakimiyyətinin və digər qurumların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, tələbələr, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər. Agentliyin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov iştirakçılara “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları barədə məlumatlar verib”.

Sonra xəbərdə, “iştirakçıların diqqətinə çatdırılıb ki, bu model çərçivəsində artıq 78 uşaq himayədar ailələrə yerləşdirilib. Qeyd edilib ki, “Himayədar ailə” qayğı modeli müəssisələrdə yaşayan uşaqların ailə mühitində yaşamaları, alternativ qayğı ilə əhatə olunmaları və sağlam gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir” deyə bildirilir.

Çıxışlarda “Himayədar ailə” institutunun hüquqi əsasları, himayədar valideyn olmaq istəyən şəxslərin müraciət və qiymətləndirmə prosesləri barədə təqdimatlar edilib, müzakirələr aparılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.