BAYRAQDAR MEDİA – 4 mart 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.
Bu barədə DİM-in məlumatında qeyd edilib.
Məlumatda deyilir ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.






İlk şərhi yaza bilərsiniz