Press "Enter" to skip to content

Nazir moldovalı həmkarı və “TAP AG”nin rəhbəri ilə görüşüb

Nazir moldovalı həmkarı və “TAP AG”nin rəhbəri ilə görüşüb

BAYRAQDAR MEDİA – Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası ərəfəsində energetika naziri Pərviz Şahbazov Moldovanın energetika naziri Dorin Junqetu və “TAP AG” şirkətinin idarəedici direktoru Luka Skiepatti  ilə görüşlər keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “D.Junqetu ilə görüşdə təbii qaza gözlənilən tələbat və qaz layihələrinin inkişafını dəstəkləyən praqmatik siyasətin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Moldovanın qaz bazarının liberallaşdırılması, həmçinin külək elektrik stansiyaları və enerji saxlama obyektləri üçün tenderin keçirilməsiçərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib”.

Sonra xəbərdə, “L.Skiepatti ilə görüşdə Avropa və Balkanların enerji şəbəkələrinə inteqrasiya olunmuş strateji infrastruktur layihəsi olan  TAP-ın etibarlı enerji təchizatında mühüm rolu qeyd olunub. 2026-cı ilin əvvəlində TAP-ın genişləndirməsinin birinci mərhələsinin tamamlanması çərçivəsində boru kəmərinin ötürücülük gücünün əlavə olaraq 1,2 milyard artırılması yüksək qiymətləndirilib. Bildirilib ki, hazırda təbii qaz bazarının inkişafı və tələbatdakı dəyişikliklər dəyərləndirilir, eləcə də növbəti genişlənmə üçün bazar testinin məcburi mərhələsinin gələn ilin birinci rübündə başlanması planlaşdırılır” deyə bildirilir.

Qeyd edək ki, indiyə qədər TAP vasitəsilə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.