Press "Enter" to skip to content

Nazir “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Nazir “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

BAYRAQDAR MEDİA – Səhiyyə naziri Teymur Musayev ölkədə kadr potensialının inkişafına yönəlmiş təşəbbüslər çərçivəsində IV “Yüksəliş” müsabiqəsinin qalibi Ayaz Məmmədovla növbəti görüşünü keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüş zamanı səhiyyə sektorunda aparılan islahatlar, idarəetmədə innovativ yanaşmalar, rəqəmsallaşma prosesi və insan resurslarının inkişafı məsələləri diqqətə çatdırılıb. Nazir müsabiqə qalibinin təklif və təşəbbüslərini dinləyərək, “Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar inkişafına dəstəyin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. T.Musayev bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkədə gənc və perspektivli kadrların üzə çıxarılması, onların dövlət idarəçiliyində fəal iştirakının təmin olunması baxımından mühüm platformadır. O, səhiyyə sahəsində həyata keçirilən yeniliklərdə peşəkar və təşəbbüskar gənclərin rolunun əhəmiyyətini qeyd edib”.

Görüş çərçivəsində səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və innovativ həllərin tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonda nazir qalibə gələcək fəaliyyətində uğurlar arzulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.