BAYRAQDAR MEDİA – Pakistan Mühəndislik və Tətbiqi Elmlər İnstitutu 2026–2027-ci akademik ili üzrə xarici qadın tələbələr üçün təqaüd proqramı elan edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “proqram çərçivəsində namizədlərə magistratura və doktorantura səviyyələri üzrə nüvə mühəndisliyi, tibb, fizika, nüvə təbabəti, radiasiya elmləri, tibbi onkologiya və radiasiya fizikası ixtisaslarında təhsil almaq imkanı yaradılır. Təqaüd qeyd olunan sahələr üzrə ixtisaslaşmaq və beynəlxalq akademik mühitdə elmi fəaliyyət göstərmək istəyən qadın tədqiqatçılar üçün nəzərdə tutulub”.
Bildirək ki, proqrama müraciət üçün son tarix 30 aprel müəyyən edilib. Təqaüd proqramının şərtləri, qəbul tələbləri və sənədləşmə prosesi barədə ətraflı məlumatla rəsmi elan vasitəsilə tanış olmaq mümkündür.






İlk şərhi yaza bilərsiniz