Azərbaycan və Türkiyə XİN başçıları telefona danışıb
BAYRAQDAR MEDİA – Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı regionda mövcud olan hərbi-siyasi vəziyyət, Orta Doğuda artan gərginlik və təhlükəsizlik riskləri ətrafında fikir mübadiləsi aparılıb: “Tərəflər regional eskalasiyanın daha geniş coğrafiyaya yayılmasının yolverilməz olduğunu vurğulayaraq, məsələlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, diplomatik yollarla həllinin vacibliyini qeyd ediblər. Nazirlər bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasının əhəmiyyətini vurğulayıb, xüsusilə mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildiriblər. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət kəsb etdiyi qeyd edilib, iki qardaş ölkənin sıx koordinasiyanı davam etdirəcəyi vurğulanıb”.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






İlk şərhi yaza bilərsiniz