Press "Enter" to skip to content

Son hərbi eskalasiya dərin narahatlıq doğurur

BAYRAQDAR MEDİA – Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı aparılıb.

Bu barədə XİN-in məlumatında qeyd edilib.

Məlumata görə, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub: “Nazirlər son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar. Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatik missiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsinin, vətəndaşlarımıza göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağını bildiriblər”.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.