Press "Enter" to skip to content

Uşaq evi sakinləri üçün tanınmış şair ilə görüş

Uşaq evi sakinləri üçün tanınmış şair ilə görüş

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində tanınmış şair Baba Vəziroğlu ilə görüş təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüş zamanı şair uşaqlarla səmimi söhbət edib, onların gündəlik həyatı, maraqları və gələcək planları ilə maraqlanıb. O, həyat yolundan və yaradıcılıq təcrübəsindən danışaraq yeniyetmələrə məqsədlərinə doğru inamla irəliləməyi, zəhmətdən çəkinməməyi tövsiyə edib”.

Ardınca xəbərdə, “tədbirdə uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. Onlar şairin şeirlərini səsləndirib, müxtəlif rəqs nömrələri təqdim ediblər. Belə görüşlər uşaqların mənəvi inkişafına dəstək olmaq, onların yaradıcılıq imkanlarını üzə çıxarmaq və cəmiyyətə daha fəal inteqrasiyasını təşviq etmək məqsədi daşıyır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.