BAYRAQDAR MEDİA – Acıpayam Peşə Yüksək Məktəbində Erasmus proqramları ilə bağlı məlumatlandırma seminarı təşkil olunub. Açılış nitqi MYO direktoru Prof. Dr. Ali Kurt tərəfindən səsləndirilib.
Seminarda Pamukkale Universitetinin beynəlxalq əlaqələr üzrə məsul rektor müşaviri Dos. Dr. Onur Kulaç və beynəlxalq əlaqələr üzrə qurum koordinatoru Dr. Yaşam Demir akademik heyətə və tələbələrə Erasmus proqramları, təcrübə və tələbə mübadiləsi imkanları, eləcə də beynəlxalq əməkdaşlıqlar barədə ətraflı məlumat veriblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, “Dünyaya açılan qapı – Erasmus” şüarı ilə keçirilən tədbirdə universitetin beynəlxalq akademik əməkdaşlıq sahəsində fəal olduğu və yeni razılaşmaların davam etdiyi vurğulanıb. Sonda tələbələrin sualları cavablandırılıb və çıxışçılara təşəkkür sənədləri təqdim olunub.









İlk şərhi yaza bilərsiniz