BAYRAQDAR MEDİA – Türkiyənin Süleyman Demirel Üniversiteti Araşdırma və Tətbiq Xəstəxanasında əməliyyatxanalar geniş yenidənqurmadan sonra “Ağıllı əməliyyatxana” konsepti ilə modernləşdirilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, yenilənmə çərçivəsində yalnız fiziki infrastruktur deyil, texniki baza da gücləndirilib: “Döşəmə və divarlar antibakterial, asan təmizlənən panellərlə örtülüb, infeksiya riskinin minimuma endirilməsi hədəflənib. Əməliyyat otaqları 4K yüksək keyfiyyətli görüntü sistemləri ilə təchiz olunaraq laparoskopik və robotik cərrahiyyəyə uyğunlaşdırılıb. Mərkəzi rəqəmsal idarəetmə panelləri vasitəsilə cərrahlar əməliyyat zamanı işıqlandırma, iqlimləndirmə və pasiyentin həyati göstəricilərini vahid ekrandan nəzarətdə saxlaya bilirlər”.
Bu yeniliklərin xəstə təhlükəsizliyini və cərrahi uğur göstəricilərini artıracağı bildirilir.






İlk şərhi yaza bilərsiniz