BAYRAQDAR MEDİA – Ardahan ÜniversiteTi TÜBİTAK 4003-T Milli Texnologiya Emalatxanaları Dəstək Proqramı çərçivəsində maliyyə dəstəyi qazanıb. Ümumi büdcəsi 30 milyon TL olan “Milli Texnologiya Emalatxanası” layihəsi universitetin elmi-texnoloji potensialını gücləndirməyi hədəfləyir.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, layihə çərçivəsində 330 kvadratmetrlik müasir texnologiya mərkəzi yaradılacaq: “Burada elektronika istehsalı modulları, mexaniki emal sahələri, proqramlaşdırma bölmələri, 3D istehsal texnologiyaları, lazer və CNC sistemləri, robototexnika və daxili sistem laboratoriyaları fəaliyyət göstərəcək. Emalatxana yalnız universitet tələbələri üçün deyil, lisey şagirdləri və gənc sahibkar namizədləri üçün də açıq olacaq”.
Layihənin uzunmüddətli perspektivdə regionda texnologiya mədəniyyətinin inkişafına, gənc mütəxəssislərin yetişməsinə və innovativ təşəbbüslərin artmasına töhfə verəcəyi bildirilir.






İlk şərhi yaza bilərsiniz