BAYRAQDAR MEDİA – Fırat Üniversitesi nəzdində fəaliyyət göstərən Heyvan Xəstəxanasında ayda orta hesabla 800 heyvan müalicə olunur. Ötən il 9 min 600 heyvan sağlamlığına qovuşub.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, xəstəxana 19 professor daxil olmaqla 32 nəfərlik heyətlə fəaliyyət göstərir: “Kiçik və iri heyvanlar üçün iki əsas bölmədən ibarət olan müəssisədə doğum, cərrahiyyə, daxili xəstəliklər və süni mayalanma klinikaları mövcuddur. Müasir rentgen, tomoqrafiya, ultrasəs və endoskopiya avadanlıqları ilə təchiz olunan mərkəz region üçün mühüm əhəmiyyət daşıyır. Onlayn qeydiyyat sistemi heyvan sahiblərinə rahatlıq yaradır və xəstəxana Şərqi Anadoluda baytarlıq sahəsində aparıcı mərkəz kimi çıxış edir”.






İlk şərhi yaza bilərsiniz