BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyinin əməkdaşları “Liderlik təlim proqramı”nı bitiriblər.
İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzivə ADA Universitetinin birgə təşkil etdiyi “Liderlik təlim proqramı”başa çatıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdəçıxış edən İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Allahverdi Paşayev liderlik bacarıqlarının gücləndirilməsinin institusional inkişaf baxımından xüsusi əhəmiyyətini vurğulayıb: “Bildirilib ki, proqramdövlət qulluqçularının fəaliyyətində səmərəliliyin,həmçinin nəzəri və praktiki biliklərinartırılması, qulluq funksiyalarının icrası ilə əlaqədar peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verir. ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri, ixtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva ADA Universiteti ilə İqtisadiyyat Nazirliyinin əvvəlki illərdə liderlik proqramları üzrə uğurlu əməkdaşlığı barədə məlumat verib. Bu kimi birgə təşəbbüslərin cari ildə də davam etdiriləcəyinə əminliyini ifadə edib”.
Qeyd edək ki, proqram 5 moduldan ibarət olub.Həmin modullar peşəkar bilik və bacarıqların inkişafı, strateji planlaşdırma və qərar qəbuletmə, dəyişikliklərin idarə edilməsi, danışıqların aparılması, ictimai natiqlik, liderlik və komanda idarəçiliyi, kommunikasiya bacarıqları kimi mövzuları əhatə edib. Proqram çərçivəsində Nazirliyin 50 əməkdaşıinteraktiv müzakirə və tapşırıqlar vasitəsilə praktiki bacarıqlarını təkmilləşdirib. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.






İlk şərhi yaza bilərsiniz