Press "Enter" to skip to content

Nazirin Şirvanda qəbulu

Nazirin Şirvanda qəbulu

BAYRAQDAR MEDİA – Martın 4-də gənclər və idman naziri Fərid Qayıbov Şirvanda Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qəbuldan öncə F.Qayıbov Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Şirvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Sonra nazir Şirvan şəhəri Heydər Əliyev Mərkəzini ziyarət edib”.

Ardınca xəbərdə, “Şirvan Gənclər Evində keçirilən qəbulda vətəndaşları dinləyən F.Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.