Press "Enter" to skip to content

Şəhid Rauf Əsgərovun ailəsinə dəstək göstərilib –VİDEO

Rauf Əsgərov

BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində şəhidimiz Əsgərov Rauf Vaqif oğlunun övladları üçün dəstək tədbirləri reallaşdırıb.

Bu barədə verilən məluamtda deyilir ki, hazırda şəhidin hər üç övladı – Rüqəyya, Ramilə və Təqi “YAŞAT” Fondunun vəsaiti hesabına Gəncə şəhərində, Xəzər Universiteti “Dünya” Məktəbində təhsil alır: “Həmçinin onlar Fond tərəfindən gerçəkləşdirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub və məktəbli ləvazimatları ilə təmin ediliblər. Rüqəyya 2025-ci ildə London şəhərində, “YAŞAT” yay məktəbində də iştirak edib”.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.