Cenkiz Aygör: Bu, Azərbaycanla Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verən mühüm platformadır
BAYRAQDAR MEDİA – “Bu cür görüşlər ölkələr arasında sosial və mədəni əlaqələrin inkişafında mühüm rol oynayır”.

Bunu Uluslararası Demokratlar Birliyinin (UID) Baş Ofisinin sədr müavini Mehmet Akkoç Bakıda keçirilən tədbirdəki çıxışında bəyan edib.
Əsas məqsədlərdən biri türk dünyasının birliynə xidmət etməkdir
Çıxışında qurumun beynəlxalq fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verən M.Akkoç əsas məqsədlərdən biri də türk dünyasının birliynə xidmət etməkdir.

Məlumat üçün bildirək ki, hər il olduğu kimi, bu il də Uluslararası Demokratlar Birliyinin Azərbaycan nümayəndəliyi tərəfindən Ramazan ayı münasibətilə “Birlik və qardaşlıq” adlı ənənəvi iftar proqramı təşkil olunub.
Qurumdan verilən məlumata görə, artıq ənənə halını alan və sayca dördüncü dəfə keçirilən proqramda dövlət və ictimai qurumların nümayəndələri, diplomatik korpus üzvləri, millət vəkilləri, ictimai-siyasi xadimlər və müxtəlif sahələri təmsil edən 1000-ə yaxın qonaq iştirak edib: “Tədbir Quran tilavəti və azanın səsləndirilməsi ilə başlayıb, daha sonra proqramın rəsmi açılış mərasimi keçirilib”.
Bu kimi tədbirlərin xalqlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir
Məlumata əsasən, açılış nitqi ilə çıxış edən UID Azərbaycan rəhbəri Cengiz Aygör tədbirin məqsədi və əhəmiyyətindən danışıb. O, bildirib ki, “Birlik və qardaşlıq” iftar proqramı Ramazan ayının mənəvi dəyərlərinin paylaşılması ilə yanaşı, Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verən mühüm platformadır.
Mərasimdə çıxış edən Türkiyə – Azərbaycan Dostluq Qrupunun sədri, İstanbul millət vəkili Şamil Ayrım iki qardaş ölkə arasında strateji münasibətlərin əhəmiyyətinə toxunub. Ş.Ayrım bildirib ki, bu kimi tədbirlərin xalqlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışında Ramazan ayının mənəvi dəyərlərindən danış Səfir bu müqəddəs ayın insanları bir araya gətirən, paylaşma və həmrəylik ruhunu gücləndirən xüsusi dövr olduğunu vurğulayıb.
Proqramda Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, millət vəkilləri, diplomatik korpus nümayəndələri, səfirlik əməkdaşları, ictimai-siyasi xadimlər və müxtəlif sahələri təmsil edən tanınmış şəxslər iştirak ediblər.
Səmimi və dostluq mühitində keçən tədbir iştirakçılar arasında qarşılıqlı ünsiyyət, əməkdaşlıq və mənəvi dəyərlərin paylaşılması üçün geniş imkan yaradıb.






İlk şərhi yaza bilərsiniz