Press "Enter" to skip to content

Azərbaycan-İndoneziya enerji əməkdaşlığının müzakirəsi

Azərbaycan-İndoneziya enerji əməkdaşlığının müzakirəsi

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovla İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi arasında görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Azərbaycanla İndoneziyanın enerji sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib. Bu aspektdə enerji təhlükəsizliyi, bərpa olunan enerji və dayanıqlı inkişaf, həmçinin enerji sektorunda biznes və investisiyaların təşviqi istiqamətlərində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Enerji təhlükəsizliyi çərçivəsində Azərbaycandan İndoneziyaya xam neft tədarükünün davam etdirilməsi, neft-qaz sahəsində birgə kəşfiyyat və hasilat layihələrində iştirak, həmçinin neft məhsulları və neft-qaz emalı sahələrində SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib”.

Ardınca xəbərdə, “hər iki ölkənin bərpa olunan enerji resurslarının inkişafı üçün mühüm potensiala malik olduğu vurğulanıb, külək və günəş enerjisi layihələri, tullantıdan enerji istehsalı texnologiyalarının tətbiqi, eləcə də biokütlə əsaslı enerji istehsalı üzrə əməkdaşlıq imkanları qeyd edilib. Görüş zamanı enerji sektorunda dövlət qurumları ilə yanaşı, özəl sektorun da əməkdaşlıq prosesinə fəal şəkildə cəlb edilməsinin vacibliyi bildirilib. Enerji sahəsində İşçi Qrupunun ilk iclasının yaxın vaxtlarda keçirilməsi razılaşdırılıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.