Press "Enter" to skip to content

Emin Həsənli: İran qısa müddətdə üzr istəməlidir

Emin Həsənli

BAYRAQDAR MEDİA – “Naxçıvana dronla zərbə endirilməsi İranın nankorluğunun göstəricisidir”.

Bu fikirləri hərbi ekspert Emin Həsənli bildirib.

Emin Həsənli deyib ki, Azərbaycan heç zaman öz ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə imkan verməyib, o cümlədən də İrana qarşı heç bir zaman Azərbaycan ərazisindən istifadə edilməyib: “İranın Ali dini liderinin vəfatı ilə bağlı rəsmi Bakı başsağlığı verdi. Azərbaycan Prezidenti İranın səfiriyyəndə olaraq öz başsdağlığını şəxsən çatdırdı. Eyni zamanda Azərbaycan İranda yaranmış situasiya ilə əlaqədar humanitar yardım etməyə hazırlaşırdı. Belə bir məqamda İranın bu addımı ancaq nankörluqdur və bağışlanmazdır. İran qısa bir müddətdə üzr istəməlidir. Baş vermiş insidentlə bağlı qısa bir müddətdə aydınlıq gətirməlidir. Əks təqdirdə bunun cavabını alacaqdır. İran bir şey bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir. Öz ərazi bütövlüyünü və vətəndaşların təhlükəsizliyini qoruyacaqdır”.

Hərbi ekspert tarixi yada salaraq İranın bu cür xəyanətinin ilk olmadığını da bildirib: “İran 30 ildən artıq o, Ermənistanın yanında olub, Ermənistanı dəstəkləyib, silahlandırıb. Amma Azərbaycan hər zaman çalışıb ki, qonşularla normal münasibət yaratsın”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.