Press "Enter" to skip to content

“Eskişehirin Rəngləri” dünyaya boylanır

Toplantıdan foto

Oral Büyüksarı: Avropa və Asiya paytaxtlarında tanıtım səfərbərliyinə başlayırıq

BAYRAQDAR MEDİA – “Eskişehirin sosial-iqtisadi gələcəyinə yönəlmiş genişmiqyaslı vətəndaş cəmiyyəti təşəbbüsü rəsmi şəkildə fəaliyyətə başlayıb. Şəhərdə fəaliyyət göstərən bir sıra dərnək və fondlar “Uluslararası Eskişehir’in Renkleri Platformu” adı altında vahid çətir altında birləşiblər”.

Bu barədə BAYRAQDAR MEDİA-ya açıqlamasında prosesin təşəbbüskarı, tanınmış ictimai xadim Oral Büyüksarı deyib.

O, qeyd edib ki, 2025-ci ildə başlanan məsləhətləşmələr “Eskişehir Yüzyılı 2026” şüarı ilə konkret mərhələyə keçib: “Platforma siyasi məqsədlərdən uzaq, əsasən məşğulluq, təhsil və beynəlxalq tanıtım istiqamətində fəaliyyət göstərəcək”.

2026-cı il Eskişehir üçün dönüş nöqtəsi olacaq

Koordinasiya missiyasını üzərinə götürən Oral Büyüksarı açıqlamasında bildirib ki, 2026-cı il Eskişehir üçün dönüş nöqtəsi olacaq.

Onun sözlərinə görə, turizm, sənaye və iqtisadiyyat sahələrində hazırlanmış layihələr müvafiq dövlət qurumlarına təqdim edilərək real investisiyalara çevriləcək: “Platformanın əsas prioritetləri gənclər üçün iş yerlərinin yaradılması, təhsil imkanlarının genişləndirilməsi və şəhərin istehsal potensialının artırılmasıdır. Eyni zamanda, 2026-cı ildə Avropa və Asiyada iki mühüm paytaxtda Eskişehirin geniş təqdimatının keçirilməsi planlaşdırılır”.

İlk rəsmi iclas Eskişehir Karadenizlilər Dərnəyinin ev sahibliyi ilə keçirilib

O.Büyüksarının sözlərinə görə, Platformanın ilk rəsmi iclası Eskişehir Karadenizlilər Dərnəyinin ev sahibliyi ilə keçirilib: “Görüşdə şəhərin demoqrafik zənginliyini əks etdirən geniş tərkibli iştirak qeydə alınıb. Platformanın təsisçi qurumları bunlardır: Eskişehir Karadenizlilər Dərnəyi, Eskişehir Erzurumlular Dərnəyi, Ertuğrul Qazi Yörük-Türkmən Dərnəkləri, Seyit Battalqazi Vəqfi, Sarıcakaya Dərnəyi, Bayburtlular və Gümüşhanelilər Dərnəkləri, Bilecik 11/11 Dərnəyi, Azərbaycan Dərnəyi və Krım Dərnəyi, Avropa Eskişehirlilər və Turan Dünyası Başkanlar Platformu. Bu tərkib platformanın həm yerli, həm də türk dünyasını və Avropadakı icmaları əhatə edən genişmiqyaslı birlik olduğunu göstərir”.

“Tək səs, tək ürək” prinsipi ilə fəaliyyət göstərən birlik

O.Büyüksarı deyib ki, ümumiyyətlə, Platformaya müxtəlif bölgələri və icmaları təmsil edən dərnək və fondlar daxildir: “Bu birlik yalnız yerli təşəbbüs deyil, həm də türk dünyası və Avropadakı Eskişehirliləri əhatə edən geniş şəbəkə xarakteri daşıyır. Rəhbərlik şəhərə dəyər qatmaq istəyən bütün QHT-ləri əməkdaşlığa dəvət edib. Platformanın məqsədi 2026-cı ildə Eskişehiri “brend şəhər” səviyyəsinə yüksəltməkdir. Bu çərçivədə şəhərin tarixi-mədəni irsi, sənaye imkanları, istehsal potensialı və qastronomiyası beynəlxalq platformalarda tanıdılacaq, yerli istehsalçıların xarici bazarlara çıxışına dəstək veriləcək. “Tək səs, tək ürək” prinsipi ilə fəaliyyət göstərən birlik Eskişehirin vətəndaş cəmiyyəti gücünü daha təsirli mövqeyə çıxarmağı hədəfləyir”.

O.Büyüksarı həmçinin bildirib ki, Eskişehir Azərbaycanlılar Dərnəyi prosesdə fəal şəkildə iştirak edir: “Dərnəyin sədri Cavid Aydın toplantıda çıxış edərək yeni yaradılan Platformanın həm Eskişehirdə, həm də türk dünyasında çox önəmli oldu\unu dedi. O, həmçinin, “Biz də təmsil etdiyimiz ölkəmiz adından gözəl işlər görmək məqsədilə bu platformada yer alırıq. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyeyev Xocalı proqramı çərçivəsində Eskişehirə səfəri zamanı bu platformaya dəstək verdiyini və Azərbaycanla bağlı hər bir məsələdə kömək göstərməyə hazır olduğunu bildirdi. Biz də bu yeni platforma vasitəsilə həm Eskişehirdə, həm də Azərbaycanda müxtəlif proqramlar həyata keçirəcəyik. Bakı və Qarabağa səfər proqramları təşkil edəcəyik, həm Eskişehiri, həm də Azərbaycanı ən yaxşı şəkildə təmsil edəcəyik”, – deyə o vurğuladı”.

O.Büyüksarının sözlərinə görə, Platformanın koordinatoru, doktor İbrahim Yıldırım isə qeyd edib ki, “qardaş ölkə ilə təhsil, mədəniyyət, sosial və iqtisadi sahələrdə əməkdaşlıq üçün bir körpü olmaq istəyirik. Platforma da bu istiqamətdə səylərini davam etdirir”.

Sonda onu da vurğulayaq ki, Platformaya yeni vətəndaş cəmiyyəti qurumları da qoşulmaqda davam edir. Onların sırasında Emirdağ Platformu (9 dərnək) və Karaçay-Malkar Dərnəyi də yer alır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.