Press "Enter" to skip to content

Güney Azərbaycan öz varlığını müdafiə etməyə qadirdir

Məcid Cavadi Araz

Məcid Cavadi Araz: Bu prosesdə Azərbaycan milli hərəkatının çağırışlarını və onun media qurumlarını izləmək həyati əhəmiyyət daşıyır

BAYRAQDAR MEDİA – Iranin martın 5-də xaincəsinə Naxçıvana dron hücumu Güneyli soydaşlarımız tərəfindən də qəzəblə qarşılanıb.

Öz növbəsində Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü və Araz News Media Qrupunun rəhbəri Məcid Cavadı Araz bu cinayətkar aktı pisləyib. Onun müraciətini təqdim edirik.

“Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, öz torpaqlarının və hava məkanının heç bir ölkəyə qarşı istifadə olunmasına icazə verməyəcək. Hətta Prezident İlham Əliyev telefon danışığında Məsud Pezeşkianla əlaqə saxlayıb və İran səfirliyinə gedərək Xameneinin ölümü ilə bağlı başsağlığı verib. Buna baxmayaraq, İranın terrorçu Sepah qüvvələrinin Azərbaycan torpaqlarına hücumu heç bir şəkildə əsaslandırıla bilməz və bu, Azərbaycan Respublikasının milli suverenliyinə açıq təcavüz hesab olunur. Belə bir şəraitdə Güney Azərbaycanın ictimai rəyi və İranın digər bölgələrində yaşayan bütün Türksoylu vətəndaşlar bu terror və cinayət xarakterli əməli pisləyərək Azərbaycan Respublikası dövləti və milləti ilə həmrəylik göstərir və bundan sonra da göstərəcək”.

Müraciətdə deyilir ki, bununla yanaşı, kürd silahlı qruplarının qərb sərhədlərindən ölkəyə daxil olmağa hazırlaşdığı bildirilir: “Eyni zamanda Azərbaycanın şəhərlərinin bombalanması fonunda Qərbi Azərbaycanda terror yönümlü qrupların fəallaşmaq niyyətində olduğu qeyd olunur. Şəhərlərin bombalanması, Qərbi Azərbaycanda terrora meylli qrupların hərəkətlənməsi və İran Sepahının Naxçıvana hücumu vəziyyəti daha təhlükəli və mürəkkəb mərhələyə gətirib çıxarıb. Belə bir şəraitdə xalqımız son dərəcə ayıq və hazırlıqlı olmalı, lakin heç bir halda qorxu və panikaya qapılmamalıdır. Hamı bilməlidir ki, biz şəhərlərimizi tərk etməyəcəyik və onları heç vaxt təslim etməyəcəyik. Xalqın təhlükəsizliyinin qorunması və torpağımızın müdafiəsi bizim əsas məsuliyyətimizdir. Türk milləti şübhəsiz ki, öz varlığını müdafiə etməyə qadirdir və bunun üçün lazımi imkanlara malikdir”.

Müraciət aşağıdakı sözlərlə tamamlanır: “Bu prosesdə Azərbaycan milli hərəkatının çağırışlarını və onun media qurumlarını izləmək həyati əhəmiyyət daşıyır. Xüsusilə insanlardan xahiş olunur ki, Azərbaycan Milli Dirəniş Təşkilatının media orqanı olan Araz News-un saytını, sosial şəbəkələrini və radiosunu diqqətlə izləsinlər və unutmasınlar ki, “Azərbaycan tək deyil”. Bu həssas dövrdə millətimizin birliyi və təmkinli davranışı bizim ən böyük gücümüzdür” .

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.