Press "Enter" to skip to content

Güney Azərbaycan türklərinin milli iradəsi

Güney Azərbaycan Qurtuluş Partiyası

BAYRAQDAR MEDİA Güney Azərbaycan Qurtuluş Partiyasının İranda son günlər baş verən hadisələrlə bağlı Bildirisini təqdim edir:

Terrorsuz Güney Azərbaycan terrorsuz Türkiyə deməkdir!

Son günlərdə ABŞ və İsrail tərəfindən İranın hərbi və siyasi altyapılarına qarşı həyata keçirilən geniş alanlı hücumlar İran dövlətinin gələcəyi ilə bağlı yeni və son dərəcə kritik bir sonucun başlandığını göstərir. Bu sürəc sonunda İranın hərbi və təhlükəsizlik strukturlarının ciddi şəkildə darmadağın olduğu və ölkənin siyasi sisteminin gələcəyi ilə bağlı çeşidli ssenarilərin gündəmə gəldiyi görünür.

Qlobal siyasi alanlarda İranın gələcəyi ilə bağlı ciddi ehtimallar müzakirə edilir: mövcud rejimin dəyişməsi, sistem daxilində islahat və ya transformasiya, federal modelə keçid, dövlətin parçalanması və ya yeni siyasi quruluşların yaranması kimi ssenarilər artıq açıq və aydın formada müzakirə qonusuna çevrilmişdir. Bu proses İranın indiki siyasi quruluşunun dərin çıxmaz içində olduğunu göstərir.

Güney Azərbaycan Qurtuluş Partiyası bildirir ki, İran daxilində baş verəcək hər hansı siyasi dəyişiklik və ya yeni siyasi düzənin qurulması keçidi Güney Azərbaycan türk millətinin iradəsi və “Azadlıq, ədalət, milli hökumət”i nəzərə alınmadan həyata keçirilə bilməz. İran və ya İransız bölgənin gələcəyi Güney Azərbaycansız oluşa bilməz.

Güney Azərbaycan torpaqları heç bir bölgəsəl və dünya güclərinin geosiyasi planlarının və məhəndis olunmuş etnik projelerinin tətbiq ediləcəyi bir sahə ola bilməz. Özəlliklə Urmu bölgəsi və Güney Azərbaycanın Batı zolağının etnik və terror yönümlü silahlı qrupların yerləşdirilməsi və ya yeni hərbi koridorların yaradılması cəhdləri bölgədə təhlükəli qarşıdurmalar yarada bilər və bu cür planlar qəti şəkildə rədd olunur.

Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi “Terrorsuz Türkiyə” strategiyası bölgədə terror strukturlarının aradan qaldırılmasına yönəlmiş legitim və gərəkən təhlükəsizlik siyasətidir. Bu strategiyanın etkisizləşməsi və ya terror qruplarının yeni coğrafiyalara yönəldilməsi yalnız bölgədə daha böyük təhlükəsizlik böhranına səbəb ola bilər.

Eyni zamanda Azərbaycan Prezidentinin vurğuladığı “50 milyonluq Azərbaycan xalqı” gerçəyi bölgədə formalaşacaq hər hansı yeni siyasi düzənin nəzərə almalı olduğu dərin geosiyasi reallıqdır. Azərbaycan türk millətinin hüquqları və təhlükəsizliyi nəzərə alınmadan bölgədə davamlı sabitlik qurmaq mümkün deyildir.

Güney Azərbaycan Qurtuluş Partiyası bəyan edir ki, İran və İransız bölgə gələcəyində yaranacaq hər hansı yeni siyasi keçid sürəcində Güney Azərbaycan türklərinin öz milli iradəsini seçmə haqqı ana prinsip olmalıdır. Güney Azərbaycanın gələcəyi yalnız bu torpağın yerli xalqının iradəsi ilə müəyyən edilə bilər və bu iradə Güney Azərbaycanın milli varlığını və milli müstəqil perspektivini əhatə edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.