Press "Enter" to skip to content

Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyində Mentorluq proqramı çərçivəsində“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayevlə Mentorluq proqramı çərçivəsində görüşlər keçirib: “Görüşlərdə proqram çərçivəsində qaliblərin qazandıqları təcrübə və bacarıqlar, fərdi inkişaf planı, eləcə də perspektiv imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Müsabiqə qalibləri ölkəmizdə həyata keçirilən layihələrin idarəedilməsindəmaraqlı olduqlarını, “Yüksəliş” müsabiqəsinin onların şəxsi inkişafında praktik bilik və təcrübə qazanmaq baxımından faydalı olduğunu qeyd ediblər”.

Məlumata əsasən, qaliblərin bacarıq və səriştələrinin daha da təkmilləşdirilməsi üçün tövsiyələrverilib və onlara gələcək karyera yolunda uğurlar arzulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.