Press "Enter" to skip to content

Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü ilə görüşüb

Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü ilə görüşüb

BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü, aviasiya, dənizçilik və dekarbonizasiya məsələləri üzrə nazir Kir Meyzer ilə görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə Azərbaycanın tranzit potensialı, şəhər daxilində nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Bakı Metropoliteni, dəmir yolu layihələri barədə məlumat verilib. Həmçinin rəqəmsal nəqliyyat sistemləri, süni intellekt əsasında yaradılan “Rəqəmsal Nəqliyyat Əkizi” və Böyük Britaniya ilə hava əlaqələrinin genişləndirilməsi, uçuşların sayının artırılması imkanları müzakirə edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.