Press "Enter" to skip to content

Süquta gedən İran öz qəbrini daha da dərin qazır

Güney Azərbaycan Cümhuriyyət Partiyası

Güney Azərbaycan Cümhuriyyət Partiyası: Əminliklə bildiririk ki, bu təcavüzün ən sərt cavabı məhz Güney Azərbaycan xalqından gələcək

BAYRAQDAR MEDİA – “Güney Azərbaycan Cümhuriyyət Partiyası, İran rejiminin Naxçıvan hava limanına qarşı həyata keçirdiyi hücumları və Azərbaycan Respublikasının ərazi bütövlüyünə yönələn hər cür təhdidi qətiyyətlə və açıq şəkildə pisləyir. Əminliklə bildiririk ki, bu təcavüzün ən sərt cavabı məhz Güney Azərbaycan xalqından gələcək. Bu intiharçı hərəkət təkcə beynəlxalq hüququ pozmur, eyni zamanda müstəqil Azərbaycan dövlətinin suverenliyinə qarşı birbaşa hücumdur”.

Bu fikirlər Güney Azərbaycan Cümhuriyyət Partiyasının bəyanatında öz əksini tapıb.

Bəyanatda daha sonra deyilir: “Bu mənfur hücum, Güney Azərbaycanlıların səbir kasasını daşıran son damla oldu. Azərbaycan Respublikasına yönələn istənilən təhdid, 50 milyonluq bütöv Azərbaycan xalqına qarşı yönəlmiş sayılır. Güneydəki Azərbaycan övladları bütün gücləri ilə Azərbaycan Dövlətinin və xalqının yanındadır və əbədi olaraq yanında qalacaq. Süquta doğru sürətlənən İran rejimi bilməlidir ki, bu təcavüz öz məzarını daha da dərinləşdirir və bu əməllərinin ağır nəticələrindən qaça bilməyəcək”.

Bəyanatda həmçinin bildirilir: “Biz beynəlxalq ictimaiyyəti bu təhlükəli hərəkətlər qarşısında susmamağa, bölgədə sabitliyi qorumağa, millətlərin öz taleyini sülh içində həll etməsinə nəzarət etməyə və ədaləti təmin etmək üçün qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq. Dünya bunu bilsin ki, Azərbaycan birdir, mənəvi cəhətdən bütövdür! İran heç vaxt bizi ayıra bilməyib və bundan sonra da buna nail ola bilməyəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.