Press "Enter" to skip to content

Ukrayna İran xalqının tərəfindədir

Ukrayna

BAYRAQDAR MEDİA – “Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi İran dronlarının Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ərazisinə hücumu ilə bağlı yayılan məlumat və xəbərləri diqqətlə izləyir”.

Bu sözlər sözügedən səfirliyin martın 5-də yaydığı açıqlamadandır.

Açıqlamada daha sonra bildirilir: “İranın pilotsuz uçuş aparatları artıq uzun müddətdir ki, terror alətinə çevrilmişdir. Məhz bu silahları İran rejimi Rusiyaya ötürmüşdür və Rusiya onlardan Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edir”.

Səfirlik açıqlamada Ukrayna xarici işlər naziri Andriy Sıbihanın vurğuladığı fikirlərə də yer verir: “Biz hər zaman İran xalqının — məhz xalqının tərəfindəyik. İran rejimi onilliklərdir regionu terrora məruz qoyur, digər ölkələrdə sabitsizlik yaradan terrorçu qruplaşmaları dəstəkləyir və maliyyələşdirir”.

“Ukrayna beynəlxalq hüquqa, insan ləyaqətinə və insan həyatına hörmətsizlik edən rejimlərin yaratdığı təhlükənin nə olduğunu yaxşı bilir. Biz Azərbaycanla həmrəyliyimizi və dəstəyimizi ifadə edir, qlobal təhlükəsizliyi sarsıdan, eləcə də xalqlarımızın gələcəyini təhlükə altına qoyan rejimlərə qarşı mübarizənin gücləndirilməsi naminə hər kəsi birləşməyə çağırırıq”, – deyə açıqlamada qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.