Press "Enter" to skip to content

BDU tələbələri MEK-də praktik dərsdə

BDU tələbələri MEK-də praktik dərsdə

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin ikinci kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) praktik dərsdə iştirak ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “praktik məşğələ Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşovun rəhbərliyi ilə “Elektron kataloq” fənni çərçivəsində keçirilib. Tələbələri əvvəlcə kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov qarşılayıb. O, kitabxananın fəaliyyəti, əsas iş prinsipləri və müasir kitabxana-informasiya xidmətləri barədə tələbələrə ətraflı məlumat verib”.

Sonra xəbərdə, “görüş zamanı direktor kitabxanada elektron xidmətlərin inkişafı, elektron kitabxananın formalaşdırılması, nəşrlərin rəqəmsallaşdırılması və skan edilməsi prosesi haqqında danışıb. MEK rəhbəri bildirib ki, kitabxananın saytında Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq genişləndirilmiş və təkmilləşdirilmiş “Səsli axtarış” funksiyası tətbiq edilib, həmçinin süni intellekt əsaslı “Kitabxana bələdçisi” yaradılıb. H.Hüseynov qeyd edib ki, kitabxanada inklüziv xidmət resursları da hazırlanıb və bildirib ki, “Audio resurslar”, “Danışan kitablar”, “Audio teatr” kimi bölmələr istifadəçilər üçün maraqlı və əlçatan imkanlar yaradır. Direktor gəncləri bu xidmətlərdən aktiv şəkildə yararlanmağa dəvət edib” deyə bildirilir.

Xəbərdə eləcə də qeyd olunur ki, “daha sonra praktik məşğələ çərçivəsində tələbələr MEK-in Reproqrafiya, eləcə də Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbələri ilə tanış olublar, informasiya resurslarının təşkili və idarə olunması sahəsində görülən işləri yaxından izləmək imkanı əldə ediblər. Kitabxananın rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və müvafiq şöbələrin əməkdaşları tərəfindən aparılan işlər tələbələrə əyani şəkildə nümayiş etdirilib”.

Tələbələr proseslə tanış olmaqla yanaşı, bəzi mərhələlərdə birbaşa iştirak da ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.