Press "Enter" to skip to content

Bu kimi hücumların qəbuledilməzdir

Hakan Fidan və Ceyhun Bayramov (Arxiv fotosu)

BAYRQDAR MEDİA – Martın 5-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər nazirin Ceyhun Bayramova zəng vurub.

Bu barədə XİN-dən məlumat verilib.

Məlumatda deyilir ki, telefon danışığı zamanı, İran İslam Respublikası tərəfindən martın 4-də Türkiyə istiqamətində raket hücumu, martın 5-də isə Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib: “Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb. Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb. Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub”.

Məluamat əsasən, telefon danışığı zamanı, nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.