Press "Enter" to skip to content

Daha bir qardaş ölkə İranın Naxçıvana hücumunu pislədi

KKTC

XİN: Kuzey Kıbrıs Türk Cümhuriyyəti bundan sonra da hər zaman olduğu kimi dost və qardaş Azərbaycan dövlətinin yanında olmağa davam edəcək

BAYRAQDAR MEDİA – “Martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) hücumlarını qətiyyətlə pisləyirik”.

Bu barədə Kuzey Kıbrıs Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilir.

Açıqlamda daha sonra bildirilir: “Bölgəmizdə müharibənin tərəfi olmayan üçüncü ölkələri hədəf alan və münaqişənin genişlənməsi riskini artıran bu cür hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayır, gərginliyi daha da artıracaq hər cür addımdan çəkinilməsinin əhəmiyyətinə diqqət çəkirik. Kuzey Kıbrıs Türk Cümhuriyyəti bundan sonra da hər zaman olduğu kimi dost və qardaş Azərbaycan dövlətinin yanında olmağa davam edəcəkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.