Press "Enter" to skip to content

Dron hücumu ilə bağlı dərin narahatlıq ifadə edilib

BAYRAQDAR MEDİA – Martın 5-də Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə XİN-dən məlumat verilib.

Məlumata görə, telefon danışığı zamanı, Pakistan tərəfi Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib: “Bölgədə geniş eskalasiyaya səbəb ola biləcək bu kimi addımların qəbuledilməz olduğu diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini və müvafiq izahat verilməsini gözlədiyimizi vurğulayıb”.

Nazirlər həmçinin Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.