Press "Enter" to skip to content

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə müzakirələr aparılıb

BAYRAQDAR MEDİA – Azərbaycan ilə OECD arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompson ilə görüşüb: “Görüşdə Azərbaycan ilə OECD arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, tərəfdaşlığın yeni fəaliyyət sahələri üzrə genişləndirilməsi imkanları nəzərdən keçirilib. Xüsusilə, iqtisadi islahatlar, investisiya mühiti, dayanıqlı inkişaf və institusional potensialın gücləndirilməsi istiqamətlərində birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.