Press "Enter" to skip to content

İsrail XİN İran dronlarının Naxçıvana hücumunu pisləyib

Xarici İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – Martın 5-də İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə XİN-dən məlumat verilib.

Məlumata görə, telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb: “Nazir Ceyhun Bayramov 5 mart 2026-cı il tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb”.

Məlumata əsasən, İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.