Press "Enter" to skip to content

“Komando başlanğıc kursu”nun növbəti buraxılışı

“Komando başlanğıc kursu”nun növbəti buraxılışı

BAYRAQDAR MEDİA – Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətyindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib. Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik ediblər. Qeyd olunub ki, kurs müddətində keçirilən intensiv təlimlər nəticəsində hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yüksəlib və potensial təhdidlərə qarşı istənilən şəraitdə müasir döyüş aparma üsulları mənimsənilib. Kursu müvəffəqiyyətlə bitirən məzunlar “Komando andı”nı qəbul ediblər. Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub”.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.