Press "Enter" to skip to content

Nazir “Palantir” şirkətinin nümayəndələri ilə görüşüb

Nazir “Palantir” şirkətinin nümayəndələri ilə görüşüb

BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Palantir” şirkətinin nümayəndələri ilə görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüş zamanı Azərbaycanla “Palantir” arasında milli məlumat inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və kritik infrastruktur monitorinqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin yerli bacarıqların inkişafı, bilik transferi və “Palantir” platformalarının Afrikada tətbiqi üzrə Azərbaycanın potensial rolu barədə fikir mübadiləsi aparılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.