Press "Enter" to skip to content

Seçkiqabağı sorğuların nəticəsi

Budapeşt

BAYRAQDAR MEDİA – Macarıstanda keçirilən yeni rəy sorğularına əsasən, müxalifətdəki Tisa Partiyası Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fidesz partiyasını qabaqlayır. Qərarsızlar çıxıldıqda Tisa 50 faiz, Fidesz isə 38 faiz dəstək qazanıb. Ümumi seçici bazasında isə Tisa 38 faiz, Fidesz 32 faiz göstərilir.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, seçkilərə az müddət qalarkən, V.Orbanın uzunmüddətli hakimiyyətinin başa çata biləcəyi ehtimal edilir: “V.Orban son açıqlamalarında Ukraynanı enerji təhlükəsizliyi baxımından risk adlandırıb və Rusiya ilə bağlı sanksiyalara qarşı mövqe sərgiləyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Viktor Orbanın seçkilərdə məğlub olacağı təqdirdə iki ölkə arasında münasibətlərin normallaşa biləcəyinə ümid etdiyini bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.