Kubanıçbek Ömüralıyev bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini bəyan edib
BAYRAQDAR MEDİA – “Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi səfir Kubanıçbek Ömüralıyev İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları (PUA) hücumlarını ən kəskin şəkildə pisləyir”.
Bu fikirlər Baş katibin Azərbaycanın Naxçıvan Muxtar Respublikasına PUA hücumları ilə əlaqədar bəyanatında öz əksini tapıb.
Bəyanatda Baş katib, bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, regional vəziyyətin daha da pisləşməsinin və bölgədə gərginliyin genişlənməsi ehtimalının qarşısını almaq məqsədilə təmkinə çağırır.
Baş katib həmçinin TDT Katibliyinin Azərbaycan Respublikasının Hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəyliyini bir daha vurğulayır






İlk şərhi yaza bilərsiniz