BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi işləri davam etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bu çərçivədə, növbəti tədbirlər Nazirliyin Qarabağ Regional Mərkəzi tərəfindən Xocalı şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəblərində keçirilib. “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda keçirilən tədbirlərin təşkil edilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə və məktəb kollektivinə müvafiq biliklərin verilməsi olub”.
Ardınca xəbərdə, “tədbirlərdə fövqəladə halların təsnifatı, Azərbaycan üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz