BAYRAQDAR MEDİA – Böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngizliyini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi ilə “Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!” şüarı altında keçirilən “Baharın rəngləri” adlı yaradıcılıq sərgisinə bahar peyzajları qəbul olunur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Xətai Sənət Mərkəzindən daxil olub.
Bildirək ki, sərginin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası Xətai Sənət Mərkəzidir.
Qeyd edək ki, əsərlərin qəbulu üçün son tarix aprelin 7-dir.






İlk şərhi yaza bilərsiniz