Press "Enter" to skip to content

İdmançıların medalları yenilənib

İdmançıların medalları yenilənib

BAYRAQDAR MEDİA – Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Beynəlxalq Olimpiya Komitəsinin (BOK) MOK-a verdiyi məlumatda bildirilib ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – MOK-a göndəriləcək”.

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.

Mission News Theme by Compete Themes.