Press "Enter" to skip to content

Efiopiya da “ASAN”laşır

“ASAN xidmət” modeli əsasında yaradılmış növbəti “MESOB” dövlət xidməti

Bu ölkədə “ASAN xidmət” modeli əsasında növbəti xidmət mərkəzlərinin açılışı olub

BAYRAQDAR MEDİA – Efiopiya Federativ Demokrativ Respublikasında “ASAN xidmət” modeli əsasında yaradılmış növbəti “MESOB” dövlət xidməti mərkəzlərinin açılışı olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Məlumata görə, Efiopiya tərəfinin dəvəti əsasında Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Adama şəhərində baş tutmuş açılış mərasimində iştirak edib: “Efiopiya tərəfindən isə Federal Dövlət Xidməti Komissiyasının rəhbəri Mekuria Hayle, Oromiya regionunun vitse-prezidenti Avelu Abdi və digər rəsmi şəxslər qatılıblar. Müvafiq xidmət mərkəzlərində əhaliyə dövlət qurumları və özəl təşkilatlar tərəfindən ümumilikdə 130-dan çox xidmət təqdim olunur. Mərkəzlərin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri və uşaq guşəsi daxildir”.

Məlumatda qeyd edilir ki, hazırda Efiopiyada “ASAN xidmət” təcrübəsi əsasında 36 xidmət mərkəzi fəaliyyət göstərir. Cari ilin sonuna qədər 200-dən çox xidmət mərkəzinin açılışı planlaşdırılır.

Xatırladaq ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.