BAYRAQDAR MEDİA – Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransı keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “konfransda iştirak etmək istəyən tədqiqatçılar və mütəxəssislər Heydər Əliyevin Azərbaycanda kitab və kitabxana işinin inkişafında rolu; Rəqəmsallaşma şəraitində kitabxana fondlarının formalaşdırılması və idarə olunması; Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə; Korporativ elektron kitabxana sistemlərinin, süni intellekt və yeni texnologiyaların kitabxanaların fəaliyyətinə tətbiqi istiqamətləri üzrə məqalələr təqdim edə bilərlər”.
Konfrans materialları 18 mart – 20 aprel 2026-cı il tarixlərində MEK-in konfransmek@gmail.com ünvanına təqdim edilməlidir.
Konfrans haqqında ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, konfrans materialları jurnal formasında MEK-in rəsmi saytında yerləşdiriləcək.






İlk şərhi yaza bilərsiniz