BAYRAQDAR MEDİA – 1898-ci ildə istehsal edilmiş tarixi çap maşını (daktilo) Elazığ Şəhər Muzeyində sərgilənərək ziyarətçilərin diqqətinə təqdim olunur. 19-cu əsrin sonlarına aid olan bu daktilonun 1930-cu illərdə Harputdakı Amerika Konsulluğu tərəfindən Ticarət Palatasına verildiyi məlumdur.
Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Elazığ Ticarət Palatası tərəfindən muzey fonduna daxil edilən bu nadir eksponat şəhərin ticarət tarixini və həmin dövrün ünsiyyət vasitələrini əks etdirir: “Uzun illərin şahidi olan bu xüsusi əşya muzeyin diqqət çəkən eksponatlarından biridir. Təxminən 130 illik tarixə malik daktilo yerli və xarici turistlərin böyük marağına səbəb olur. Ziyarətçilər bu tarixi cihazı yaxından görərək o dövrün texnologiyası haqqında məlumat əldə edirlər”.






İlk şərhi yaza bilərsiniz