BAYRAQDAR MEDİA – “Rəqəmsal məktəb” platformasına (https://reqemsal.edu.az/) interqrasiya edilmiş “Microsoft Copilot” tətbiqi müəllimlərin gündəlik iş yükünü azaltmaq və tədris prosesini daha effektiv etmək məqsədilə hazırlanıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə, “Microsoft Copilot” tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir: “Bu alət müəllimlərə gündəlik tədris fəaliyyətində dərslərin planlaşdırılması, mürəkkəb mətnlərin təhlili, yeni ideyaların sistemləşdirilməsi, tapşırıqların və gündəlik qiymətləndirmə resurslarının hazırlanması istiqamətində dəstək verir. Yeni funksionallıq vasitəsilə müəllimlər daha qısa vaxtda daha sistemli və yaradıcı tədris materialları hazırlaya biləcəklər”.





İlk şərhi yaza bilərsiniz