BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin Türkçe Düşüncə Topluluğu tərəfindən 18 Mart – Çanakkale Zəfəri və Şəhidləri Anma Günü münasibətilə xüsusi teatr tədbiri keçirilib. Proqram çərçivəsində Mehmet Hayati Özkayanın qələmə aldığı “Oğuz amca diye biri” adlı tamaşa tələbələr tərəfindən səhnələşdirilib.
Bu barəə universitetdən məlumat verilib.
Məlumata görə, tədbirin məqsədi Çanakkale Zəfərinin tarixi və mənəvi əhəmiyyətini gənclərə çatdırmaq olub: “Tamaşanın müəllifi Mehmet Hayati Özkaya da tədbirdə iştirak edərək tələbələrlə görüşüb və onların səhnə performansını izləyib. Tələbələrin ifa etdiyi tamaşa Çanakkale ruhunu və həmin dövrdə göstərilən fədakarlıqları təsirli şəkildə tamaşaçılara çatdırıb”.
Tədbirin sonunda rektor müavinləri Prof. Dr. Başak Doğru Mert və Prof. Dr. Neşe Yalçın tələbə heyətinə təşəkkür edərək onlara sertifikatlar təqdim ediblər. Proqram xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.










İlk şərhi yaza bilərsiniz