Press "Enter" to skip to content

AFFA nümayəndələri UEFA-nın seminarında

AFFA nümayəndələri UEFA-nın seminarında

BAYRAQDAR MEDİA – Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın “Oyun analizinə dair Share seminarı” keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə UEFA-nın Texniki İnkişaf departamentinin mütəxəssisləri ilə yanaşı, Azərbaycan, Niderland, Malta, Portuqaliya və digər ölkələrin futbol federasiyalarının nümayəndə heyətləri iştirak ediblər. AFFA-nı seminarda Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil ediblər”.

Tədbir çərçivəsində oyun analizi, müasir analiz tendensiyaları, eləcə də yaxın gələcəkdə spesifik oyun analizi mütəxəssislərinin yetişdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.