Press "Enter" to skip to content

Bakıda Qazax yurtası qurulacaq

BAYRAQDAR MEDİA – Novruz bayramı ilə əlaqədar Bakıda bir sıra tədbirlər keçiriləcək. O cümlədən qardaş Qazaxıstanın da ənənəvi bayramı olan Novruzla bağlı gözəl bir mərasim təşkil ediləcək.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Dənzikənarı Milli Bulvarda, Baku Business Centerin yanında qurulacaq Qazax yurtası (çadırı) ətrafında Qazaxıstanın mədəniyyəti, ənənələri və qonaqpərvərliyi təqdim ediləcək.

Burada uşaqlar və böyüklər üçün master klasslar, milli oyunlar və əyləncələr, ənənəvi təamlar, bayram konsert proqramı və qonaqlar üçün xatirə hədiyyələri təqdim ediləcək. Qazax yurtası 20, 21, 22 mart tarixlərində saat 12:00–22:00 arası açıq olacaq. Rəsmi açılış: 20 mart, saat 12:00

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.