BAYRAQDAR MEDİA – TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2026-cı ilin fevral ayı ərzində ümumilikdə 2 272 189müraciət qeydə alınıb. Bunlardan 42 913-ü stasionar, 2 229 276-sı ambulator olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 13 fazi artım qeydə alınıb.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, fevral ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 8 365 056 tibbi xidmət göstərilib: “Onlardan 1 055 030-u stasionar, 7 310 026-sı ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb. Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Müvafiq dövr ərzində 3 565 573sayda laborator müayinələr aparılıb ki, onların da 552 649-u stasionar, 3 012 924-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2025-ci il ilə müqayisədə 20 faiz artım qeydə alınıb. Eyni zamanda ay ərzində 29 519cərrahi əməliyyat və prosedur (28 123stasionar, 1 396ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən ilin anoloji dövrü ilə müqayisədə 2 faiz artıb”.






İlk şərhi yaza bilərsiniz