Press "Enter" to skip to content

İki parataekvondoçuya fəxri ad verilib

İki parataekvondoçuya fəxri ad verilib

BAYRAQDAR MEDİA – Martın 17-də Gənclər və İdman Nazirliyinin (GİN) Kollegiya iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Nazirliyin Kollegiya qərarına əsasən, parataekvondoçular İmaməddin Xəlilov Sabir Zeynalova “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib”.

Qeyd edək ki, İ.Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionu, həmçinin dünya və ikiqat Avropa çempionudur. S.Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.